Gürcü polisi parlamenti mühasirəyə aldı – Foto

Tiflisdə polis əməkdaşları müxalifətin növbəti etiraz aksiyalarının qarşısını almaq üçün Gürcüstan parlamentinə gələn yolları dəmir lövhələrlə qapadıb.

Sozcu.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb. Hökumətin bu addımı müxalifətin bir daha parlament binalarının girişlərini bloklamaması üçün atdığı bildirilib.

Polisin bu hərəkəti müxalifətin kəskin etirazına səbəb olub. Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze polisin etdiklərinin qanuna zidd olduğunu söyləyib. O, müxalifətin mövqeyindən əl çəkməyəcəyini və hökuməti seçki sistemində reformlara məcbur edəcəyini bildirib.

Facebook Comments