Ukrayna ordusu işğalçı Rusiya hərbçilərini qaçmağa vadar etdi…-BAŞ QƏRARGAH

Avqustun 11-də rus işğalçıları Donetsk vilayətinin Kramatorsk və Baxmut şəhərlərinə hücumu bərpa etmək üçün Donetsk istiqamətində Ukrayna hərbçilərinin müdafiəsini yarmağa cəhd göstəriblər, Baxmut istiqamətində isə ukraynalı müdafiəçilər düşmən hücumlarını dəf ediblər.

Sozcu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının avqustun 11-i üçün Facebook-da axşam xülasəsində məlumat verilib.

Kramatorsk istiqamətində Prişib, Seversk, Qriqoryevka və Verxnekamenski əraziləri atəşə tutulub. İşğalçılar Qriqoryevka, Verxnekamenskoye və İvano-Daryevka yaxınlığında taktiki vəziyyəti yaxşılaşdırmağa uğursuz cəhdlər etdikdən sonra geri atılıblar.

Baxmut istiqamətində düşmən Baxmut, Konstantinovka, Beloqorovka, Vesyolaya Dolina, Zaytsevo, Yakovlevka, Kodema və Kurdyumovka yaşayış məntəqələrindəki əraziləri tanklardan, toplardan və raket artilleriyasından atəşə tutub. Vyimka, Spornl, Baxmut, Soledar və Zaytsevo yaxınlığında zərbələr endirmək üçün aviasiya cəlb edilib.

“Düşmən hücumla qoşunlarımızın müdafiəsini yarıb Yakovlevka, Baxmutski, Zaytsevo, Verşina və Daça istiqamətlərində irəliləməyə cəhd göstərib. Ukrayna əsgərləri işğalçılara itki verib və onları qaçmağa məcbur ediblər”, – məlumatda belə deyilir.

Facebook Comments