Miyanada 120 kəndin yolu yoxdur

Fərmandar on minlərlə əhalinin təcrid olunmuş durumda yaşadığını deyir.

Miyana mahalının fərmandarı Məsud Səadəti bölgənin Təcriq kəndində yeni yolun salınması mərasimində çıxışı zamanı Miyananın 120 kəndinin münasib yolu olmadığı üçün vətəndaşların bir növ təcrid olunmuş durumda yaşadıqlarını deyib.

Bundan bir müddət öncə Mehdi İsmaili bölgə problemlərindən danışarkən 400 kəndin 140-nın yolu, 90 kəndin içməli su və 100 kəndin isə kommunikasiya problemi olduğunu bildirmişdi.

Bununla yanaşı Sərəskənd mahalının İran parlamentindəki nümayəndəsi Həmzə Əmini bölgə kəndlərinin yalnız 33%-nın normal yola malik olduğunu demişdi.

Facebook Comments