Bu sahədə Türkiyə ilə saziş istəyirik – Kiyev

Ukrayna Türkiyə ilə mümkün qədər ölkənin bütün sektorlarının faydalarını nəzərə alan azad ticarət sazişi imzalamaq istəyir.

Sozcu.az xəbər verir ki, bunu Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko deyib.

O, Ukrayna iş dünyasının Türkiyə bazarına açılmağın tərəfdarı olduğuna diqqət çəkib.

Sviridenko ikitərəfli əməkdaşlığın əsas sahələrinin informasiya texnologiyaları, innovasiya, sənaye, enerji və enerji səmərəliliyi, logistika, nəqliyyat infrastrukturu və turizm olduğunu vurğulayıb:

“2021-ci ilin ilk 9 ayında Türkiyə Ukrayna ilə ticarət həcminə görə Çin, Polşa, Almaniya və Rusiyadan sonra 5-ci yerdədir”.

Facebook Comments