“Tatu” qayıdır…

36 yaşlı Lena Katina “Tatu” qrupunun yenidən fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Sozcu.az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Yuliya Volkova ilə birləşəcəklərini deyib. O, bunla bağlı izləyicilərinə sual ünvanlayaraq, üçüncü şəxsin hansı məşhur olmasını soruşub.

Müğənni həmçinin qrupla bağlı serial çəkildiyini söyləyib. Ekran işində Katina və Volkova rol alacaq.

Qeyd edək ki, “Tatu” qrupu 1999-cu ildə yaranıb. Qrupun prodüseri İvan Şapovalov idi. Qrupun saysız uğurlu çıxışları olub. 2003-cü ildə onlar Rusiyanı “Eurovision”da təmsil ediblər. 2014-cü ildə Soçidə keçirilən olimpiyadadn sonra solistlər arasında mübahisə düşüb. Katina və Volkova bir-biri ilə danışmadığını dəfələrlə təsdiqləyib.

Facebook Comments