Bu ölkədə prezidentə qarşı mitinq keçirildi

Tunis xalqı prezident Kays Səidin Baş nazir Hişam Əl-Məşişi istefaya göndərməsinə və parlamenti dondurmaq qərarına qarşı mitinq keçirib. Paytaxtda minlərlə tunisli küçəyə axışıb.

Sozcu.az xəbər verir ki, nümayişçilər Səidin qərarını ləğv etməsini tələb edərək “Çevrilişə yox” və “Azad Tunis” şüarları səsləndiriblər. Xalq demokratik qazancların qorunmasını tələb edib.

Qeyd edək ki, Tunis Prezidenti Kays Səid iyulun 25-də parlamenti buraxmış və millət vəkillərinin toxunulmazlığının ləğv edildiyini elan etmişdi.

Facebook Comments