Hafiz Hacıyev intim videolardan danışdı: “Mən onsuz da lütəm…”

Tanınmış şəxslərin intim videolarının yayılması ilə bağlı xəbərlər gündəmdə qalmaqdadır. Hətta prezidentin sabiq köməkçisi Əli Həsənovun da belə videosunun ola biləcəyi haqda məlumat yayıldı. Daha doğrusu, bu xəbəri elə Ə. Həsənov özü yaymışdı.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu hadisələr həmin şəxsslərin keçmiş peşəsi olub:

“Əli Həsənov kimilərin o qədər çox pulları olub ki, yağlı yeyiblər, eyş-işrət içində yaşayıblar. Bunların hamısı qızışmış adamlardır. Gündə 3 dəfə ikra yeyən, kef çəkən adamlardır. Əli Həsənovun elə yaxşı ki, tualetdə videosu var, başqa yerdə yoxdur. Hansı birini qurdalasan, belədir. Belə insanlar çox çətin bir tayfadırlar. İndi görək də başımıza nə gəlir?

Hər halda cənab prezident bir neçə gün öncə qəbul etdiyi icra başçılarına da dedi ki, siz bu işlərdən əl çəkin. Onlar da əl çəkəsi deyillər. Onların yemini gərək kəsəsən ki, əl çəkələr. Necə başa salım, cöngələr olur, onları gərək bordayasan, qabağına kombikorm, jımıx, ot və s. qoyasan. Bunlar da həmin tip adamlardır”.

H. Hacıyev deputat Eldar Quliyevi də tənqid edib: “Görmürsünüz, benzinin qiymətini qaldırırlar, Ağsaqqallar Şurasının sədri, mənim də dostum Eldar Quliyev deyir ki, 15 qəpiklə nə olacaq ki? Yaxşı 300-500 manat alan insan necə dolansın?

Ona görə də Əli Həsənovdur, Ramiz Göyüşövdur, bunlar hamısı tərbiyəsiz adamlar idi ki, gəlib tökülüşmüşdülər. Onlar Ramiz Mehdiyevin dəsti-xəttiylə seçilən adamlar idi. Onları YAP-a sırımışdılar. Hamısı mina kimi indi bir-bir partlayır”.

Hafiz Hacıyev ona qarşı da bu cür təxribatlar həyata keçirilə bilərmi sualına özünəməxsus cavab verib: “Mənim təxribatlıq heç nəyim yoxdur. Mən onsuz da ac, lüt adamam. Məndən nə gözləmək olar? Ancaq kimsə nəyisə montaj edə bilər. Belə olan halda da deyərəm “yaxşı etmişəm”. Şəxsən mənim videom çıxsa, deyərəm lap yaxşı etmişəm, əlimin içindən gəlir. Mən bəziləri kimi gey deyiləm ki?.. Lazım olanda da edəcəm. Sonra? Kimin xoşuna gəlir, gəlsin. Mən hazıram.

Belə şeylərə də fikrimcə sadə baxmaq lazımdır. Açıq deyirəm. Bəzən xarici dövlətlərdə görürsünüz, kişilər kişilərlə evlənir, arvadlar arvadlarla. İndi bunların da həvəsi qalxıb, belə edirlər. Bu şeyləri şişirtməyə o qədər də dəyməz, amma dövlət qulluğunda işləyən adam tərbiyəli, nümunəvi olmalıdır. Başqasına etalon olmalıdır. Bundan sonra Allah eləsin bu zəmində hadisələr olmasın. Gözü çıxan qardaşlarından dərs götürsünlər”.

Facebook Comments