İƏT Ombudsmanlar Assosiasiyasının nümayəndə heyəti azad olunmuş ərazilərə səfər edəcək

“İşğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya məqsədilə növbəti beynəlxalq nümayəndə heyəti Azərbaycana gəlib”.

Sozcu.az-ın məlumatına görə, bunu Ombudsman Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə gprə, bir neçə gün ərzində Ermənistanın Azərbaycana qarşı işğal zamanı törətdiyi müharibə cinayətləri, mədəni abidələrin dağıdılması, həyata keçirilən ekoloji terror yerində araşdırılacaq: “Səfər çərçivəsində işğaldan azad olunmuş ərazilərə gedəcəyik”.

S.Əliyeva qeyd edib ki, səfərin yekununda bəyanatın qəbul olunması nəzərdə tutulur.

Facebook Comments