ABŞ bütün diplomatlarını Əfqanıstandan çıxarır

ABŞ Prezidenti Co Bayden çərşənbə axşamına qədər ölkənin Əfqanıstandakı bütün diplomatik əməkdaşlarını geri çağırmağı planlaşdırır.

Sozcu.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Məlumata görə, səfir Ross Uilson və Kabildəki bütün diplomatik əməkdaşlar geri çağırılacaq.

Qeyd edək ki, ABŞ diplomatik missiyası Kabildəki səfirlik kompleksini tərk edərək hava limanında fəaliyyət göstərirdi.

Facebook Comments