Həmədanın su anbarlarında suyun həcmi azaldı

Güney Azərbaycanın Həmədan əyalətinin su anbarlarında suyun həcmi azalıb. Bu barədə Həmədan əyalətinin Regional Su Şirkətinin başçısı Mənsur Sutudə məlumat verib.

Mənsur Sutudə bu gün, 21 iyulda mətbuat nümayəndələrinə verdiyi açıqlamada yay fəslindən bir il ötməsinə baxmayaraq bəndlərin arxasında yığılan suyun həcminin 70 milyon kubmetrə düşdüyünü açıqlayıb.

M.Sutudə jurnalistlərə açıqlamasında bildirib ki, Həmədan əyalətinin bəndlərinin toplam su tutumu 108 milyon kubmetrdir və hal-hazırda anbarlarda mövcud olan su ehtiyatlarının 70 milyon kubmetr olması 35% azalmadan xəbər verir.

Regional Su Şirkətinin başçısı cari yağış ilində əyalətə düşən yağıntının 240 mm olduğunu və bunun ötən ilin oxşar dövrü ilə müqayisədə 40%, uzun müddətli dövrlə müqayisədə isə 22% azaldığını söyləyib.

Mənsur Sutudə Həmədanın su təminatında önəmli rol oynayan “Ekbatan” və “Nemətabad” bəndlərində suyun azalmasına toxunaraq, bəndlərin tutumunun müvafiq olaraq 56% və 70% boş olduğunu qeyd edib.

Mənsur Sutudə “Abşinə” və “Tuyserkan” bəndlərinində tutumunun azaldığını, “Abşinə” bəndinin 41%, “Tuyserkan” bəndinin isə 46%-nın boş olduğunu deyib.

M.Sutudə cari ildə yağıntıların 40% azaldığını, əyalət bəndlərində su ehtiyatlarının tükənməkdə olduğunu deyərək, qarşıdakı günlərdə su çatışmazlığının olacağı barədə yenidən xəbərdarlıq edib.

O, son 17 ildə Həmədan əyalətinin quraqlıqdan əziyyət çəkdiyini və hər il quraqlıq səviyyəsinin artdığını deyib.

Facebook Comments