Avakov baş nazir olacaq? – Zelenskinin partiyası

Arsen Avakov öz istəyi üzrə daxili işlər naziri vəzifəsindən gedir.

Sozcu.az xəbər verir ki, bunu Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasının Radadakı fraksiyasının rəhbəri David Araxamiya deyib.

O, Avakovun baş nazir vəzifəsi üçün nəzərdən keçirilmədiyini, amma dövlət sektorunun digər bölmələrində iş təklif oluna biləcəyini deyib.

Qeyd edək ki, Avakov dünən istefa ərizəsi yazıb. Onun ərizəsinə Rada sabah baxacaq.

Facebook Comments