Təbriz məhəllələrinin tarixi adları bərpa olunmalıdır - Bərgi
Təbriz şəhərinin kimliyini əks etdirən tarixi yer və məhəllə adları bərpa olunmalıdır.
Sozcu.az xəbər verir ki, bunu Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi deyib.
“Misal üçün tarixi Dəvəçi məhəlləsi rəsmi sənədlərdə dəyişdirilib “Şəms Təbrizi”, Gümüşqaya isə “Dəmeşqiyyə” yazılsa da, xalq onları elə köhnə tarixi adları ilə adlandırır, ona görə də bu yerlərin qədim və əsil adlarının bərpası vacibdir.
Qədim adların bərpası barədə Urmiya Şəhər Şurasından nümunə götürülməli və tarixi adlar geri qaytarılmalıdır. Urmiya Şəhər Şurasının qərarına görə, sonradan adları dəyişdirilmiş Doşaxana, Dərvişlər, Dəmirçilər, Şır-şıra və başqa bu kimi qədim adlar bərpa olunub. Bu isə şəhərin tarixi kimliyinin bərpası və qorunması deməkdir. Təbrizdə də eyni iş həyata keçirilməli, şəhərin kimliyi qorunmalıdır”, - Bərgi bildirib.
