“Ermənistan hakimiyyəti müharibədə 2425 nəfərin öldüyünü deməklə xalqını aldadır”

“2020-ci ildə Ermənistanda əhalinin təbii artımı 1077 nəfər və ya əvvəlki illə müqayisədə 0,9 faiz olub. Ötən il Ermənistanda ölüm səviyyəsi 2019-cu ildəki 26 186 35 371-ə qədər və ya 35 faiz artıb. Bu statistikaya müharibədə və koronavirusdan ölənlər də daxil edilib. Nəzərə alanda ki, ötən il 2823 nəfər COVİD-dən ölüb, onda 2019-cu illə müqayisədə artan 9185 ölümün yerdə qalan hissəsinin 6352 nəfərin müharibədə tələf olduğunu ehtimal etmək olar. Bu isə o deməkdir ki, Ermənistan hakimiyyəti müharibədə yalnız 2425 nəfərin öldüyünü deməklə xalqını aldadır».

Sozcu.az-ın xəbərinə görə, bunu ekspert Qubad İbadoğlu deyib.

“Demoqrafik statistikadan göründüyü kimi ölənlərin gerçək sayı açıqlanandan ən azı 2,5 dəfə çoxdur” – Q.İbadoğlu qeyd edib.

Facebook Comments