“Qarabağın faktiki Rusiyaya birləşdirilməsi üçün bir yol xəritəsi hazırlanıb…”

Erməni mediası Araik Arutyunyanın Moskvaya tez-tez səfər etməsinin məqsədlərindən yazır…

“Qarabağda deyirlər ki, son vaxtlar “prezident” Araik Arutyunyanın Moskvaya tez-tez səfər etməsi bir məqsədi güdür – hakimiyyətini gücləndirmək və Nikol Paşinyandan ayrılmaq…”

Sozcu.az xəbər verir ki, bu barədə işalçı ölkənin “Hraparak” qəzeti yazıb.

Məlumatlı insanlara görə, Araik Paşinyanın hakimiyyətinin sonunun yaxınlaşdığını başa düşür və özünü əvvəlcədən qorumaqla 2018-ci ildə meydana çıxdığı “inqilabi lider”in gəmisindən “sıçrayaraq” yenidən köhnələrin yanına “tullanmaq” istəyir. “AUTO –Consulting”-in araşdırmalarından isə belə çıxır ki, Moskvada birbaşa Dağlıq Qarabağla işləyə biləcəklərini başa düşüblər və buradakı erməni sakinlərə rus pasportlarının verilməsi də daxil olmaqla Qarabağın Rusiyaya faktiki birləşdirilməsi üçün bir yol xəritəsi hazırlayıblar: Qarabağla nəqliyyat, marşrutlar, təchizat, bərpa işləri və s.

Bu, Rusiya üçün Paşinyandan daha etibarlı tərəfdaş olacağını və səlahiyyət müddətini Moskva vasitəsilə uzatmağa ümid edən A.Arutuyunyan üçün də faydalıdır…”- erməni qəzetində belə deyilir.moderator

Facebook Comments