PSJ “Barselona”ya 25 milyon ödəməyə hazırdır

PSJ “Barselona”nın futbolçusu Emersona müqavilə təklif etməyə hazırlaşır.

Sozcu.az xəbər verir ki, bu barədə “Sport.es” nəşri məlumat yayıb. Paris təmsilçisinin 22 yaşlı müdafiəçiyə görə Kataloniya klubuna 25 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Braziliyalı oyunçunun bu ilin yayında PSJ-yə keçəcəyi gözlənilir.

Qeyd edək ki, Emerson mövsümün əvvəlindən icarə əsasında “Betis”də çıxış edir. O, La Liqada 16 matça iştirak edərək, 1 qol vurub və eyni sayda qolun ötürməsini verib. Transfermarkt Emersonun satış dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Facebook Comments