Qırğız Respublikasında prezident seçkiləri və referendum keçirilir

Bu gün Qırğız Respublikasında növbədənkənar prezident seçkiləri və referendum keçirilir.

Sozcu.az-ın məlumatına görə, referendumun nəticələri ölkənin parlament, yoxsa prezident üsul-idarəsi ilə idarə olunacağını müəyyənləşdirəcək.

Prezident postu uğrunda isə 17 namizəd mübarizə aparır. Səvermə yerli vaxtla saat 08.00-da başlayıb, saat 20.00-da başa çatacaq. Seçicilər 48-i xarici ölkələrdə olmaqla, 2 min 470 seçki məntəqəsində səs verir.

Prezident seçkiləri seçici fəallığından asılı olmayaraq baş tutmuş sayılacaq, referendumun baş tutması üçün isə seçici fəallığının 30 faizdən çox olması lazımdır.

Qırğız Mərkəzi Seçki Komissiyası bu gün yerli vaxtla saat 10.00-a prezident seçkilərində seçici fəallığının 2,8 faiz, referendumda isə 2,78 faiz təşkil etdiyini açıqlayıb.

Facebook Comments