“Gözümüz baxa-baxa Dağlıq Qarabağın Rusiyanın bir vilayəti olmasına imkan verməməliyik”

“Xocalı varkən yeni hava limanına gərək yoxdur, 26 fevrala qədər bu iş bitməlidir”

Qarabağda yaşananlar hamının əsəblərini tarıma çəkib. Hamı üstüörtülü də olsa deyir ki, yenə də Ankaranın yumruğunu stola vurmasına ehtiyac yaranıb. Terrorçular Xankındidə Azərbaycana meydan oxuyurlar.

Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, ermənilərə yenidən qulaqburması verilməlidir:

“Həqiqətən Ermənistanda olan terrorçu qruplar fəallaşıblar. Şansa Tsrer adlı ultra radikal qrupun lideri Jirayr Sefilyan ətrafına güc toplayır və Paşinyan və digər siyasi qruplardan da, diasporadan da dəstək almaqdadır. Demək olar ki, hər gün TV-ləri çıxır, yəni müharibənin siqnalları verilir. Terrorçular açıq şəkildə Qarabağa göndərilir. Bunlara isə “sülhməramlılar” göz yumur və hətta onlara yardım edirlər. Rusiya onlarla müttəfiqə çevrilib. Onlar Azərbaycanın işğaldan azad edilməmiş ərazilərində lövbər salırlar. Şübhəsiz ki, bu durum yeni yanaşma tələb edir. Ermənistanda artıq revanş tələb edirlər. Faktiki ordusu darmadağın edilən ölkə partizan müharibəsi ilə bizim başımızı qatmaq istəyir. Bundan Rusiya yararlanmaq istəyəcək. Sülhməramlıların sayını artırmaq istəyir. Demək, tədbirlər görmək lazımdır. Hələ sülh danışıqları yoxdur. Ola bilsin ki, Rusiya bu ayın içində belə təşəbbüsdə bulunsun. Amma ona qədər qalib ölkə uğurlarını davam etdirməli, bu dəfə həmin ərazilərdə antiterror əməliyyatlara başlamalıdır. Buna yenə dünya birliyi heç nə deməz. Rusiyanın özü də. haqqımızı müdafiə üçün yenə Türkiyə işə qarışmalıdır. Osmanlı tokatı bu dəfə onları ağıllandırar. Onsuz da 3-cü Qarabağ müharibəsi olacaq. Qaldığımız yerdən işimizi davam etməliyik. Yəni hava limanına qətiyyən gərək yoxdur. Xocalı bizim olmalıdır. 26 fevrala qədər bu iş bitməlidir. Gözümüz baxa baxa Dağlıq Qarabağın Rusiyanın bir vilayəti olmasına imkan verməməliyik. Qarabağ bizimdir və tam qələbə üçün fürsətləri dəyərləndirməliyik. Erməni qoşunları Qarabağdan çıxmırsa, bu, anlaşmanın pozulmasıdır, Ermənilər özləri bu şəraiti yaradırlar. Şəraitə uyğun addımlar atılmalıdır”.

Facebook Comments