Laçın şəhərində qalan ermənilər təhlükəsizlikləri üçün binaya Rusiya bayrağı sancdı?..- FOTO

Hazırda 10 Noyabr üçtərəfli razılaşmasına görə, Rusiya sülhməramlılarının nəzarərtində olan Laçın rayon mərkəzində və rayonun Gorus-Laçın-Şuşa yolu və ətrafındakı 5 km-lik(hava ilə) “dəhliz” ərazisində yerləşən Zabux, Sus, Qarıkaha, Ağanus və s. kəndlərində baş verənlər haqda Azərbaycan cəmiyyəti və xüsusilə, həmin torpaqların əsl sakinləri ya Rusiya, ya erməni, yaxud Qərb mənbələrindən məlumat almağa məcburdur.

Moderator.az-ın Laçın şəhərindəki durum barədə erməni mənbələrindən əldə etdiyi son informasiyada belə deyilir:

“Ermənilər Berdzorda yaşamırlar, amma onların nəfəsləri hələ də hiss edilir. Mənzillərdə işıqlar yanır, paltarlar divarlarda asılıb.

Şəhərin yuxarı hissəsində, ehtimal ki, məskunlaşan iki mərtəbəli bir bina gördük. Ev sakinləri təhlükəsizliklərini təmin etmək üçün binanın üstünə Rusiya bayrağı asıblar…”

Facebook Comments