Masazırda evin hasarı qaz xəttinin üzərinə aşıb, 500 abonent qazsız qalıb

Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb. 500 abonent qazsız qalıb.

“Azəriqaz” İB-dən Sozcu.az-a verilən məlumata görə, dekabrın 24-də Abşeron rayonunun Masazır qəsəbəsində fərdi yaşayış evinin hasarı qaz xəttinin üzərinə aşıb. Nəticədə diametri 89 mm olan qaz xətti yararsız hala düşüb. Hadisəyə görə təqribən 500 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Facebook Comments