Sabah dünya zülmətə bürünəcək – Zəlzələ də olacaqmı?

Sabah nadir astronomik hadisə – tam Günəş tutulması baş verəcək.

Tutulma hadisəsi 14 dekabrda. Bakı vaxtı ilə saat 17:34-də başlayacaq və saat 22:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 20:15-də olacaq. Tutulma hadisəsi 5 saat 19 dəqiqə davam edəcək. Tutulma hadisəsi Cənubi Amerikanın orta və cənub hissələrində, Atlantik və Sakit okenda və Antarktidada müşahidə olunacaq. Tam tutulma isə, Sakit və Atlantik okeanların cənubunda, Çili və Argentinada müşahidə olunacaq.

Həmin vaxt Azərbaycanda axşam saatları olduğundan, tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

Qeyd edək ki, tam Günəş tutulması sonuncu dəfə 1999-cu ilin 11 avqustunda baş vermişdi. Həmin tutulmadan sonra dünyada güclü zəlzələlər baş vermişdi. Mütxəssislərin fikrincə sabahkı tutulmadan sonra da Yerdə zəlzələlərin baş verməsi ehtimal olunur.

Növbəti analoji hadisə (tam günəş tutulması) 355 gündən sonra – gələn il dekabrın 4-də baş verəcək ki, bu da Ay təqvimi ilə tam bir il edir.

Qeyd: sabahkı astronomik hadisə barədə daha geniş hesablamaları müəllifin şəxsi saytından oxuya bilərsiniz: https://pashayaqub.weebly.com/

Dr. Paşa Yaqub,
Psixoterapevt, elmi-lədun bilicisi

Facebook Comments