Türkiyə rus jurnalistləri sərbəst buraxdı

Türkiyədə hərbi obyekt yaxınlığında icazəsiz çəkiliş aparmaları səbəbindən saxlanılan NTV-nin jurnalistləri bu gün sərbəst buraxılıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, 4 dekabrda Rusiyanın NTV telekanalının jurnalistləri Aleksey Petruşko və İvan Malışkin İstanbul yaxınlığında polis tərəfindən saxlanılıb.

Jurnalistlər İstanbulda “Baykar Savunma” şirkətini videolentə alırmış.

Facebook Comments