“Zori Balayana camaatın gözü qarşısında elə işgəncə vermək lazımdır ki..”

“Zori Balayanın azərbaycanlı uşaqların, qadınların başına açdığı dəhşətlər hamıya məlumdur. Hətta özü də kitabında körpə bir uşağın dərisini soyub saata baxdığını, neçə dəqiqəyə öləcəyini gözlədiyini etiraf edib. Mən bunları oxuyanda özümə gələ bilmirəm, ağlayıram. İntiqam hissi məni boğur. Camaatın gözü qarşısında onu tutub elə işgəncə vermək lazımdır ki… Sonra biz baxaq saata ki, görək neçə dəqiqəyə öləcək”

Bu sözləri Moderator.Az-a Akademik Musiqili Teatrının aparıcı aktrisası, Əməkdar artist Nahidə Orucova bildirib. Aktrisa daha sonra əlavə edib.

“Ermənilər bütün torpaqlarımızdakı mədəniyyət abidələrini dağıdıb, məscidlərimizi mundarlayıblar. Onlar nəinki insanlarımıza, daş abidələrimizə qarşı da vandallıq ediblər. Çox şükür ki, biz o yerləri işğaldan azad etdik. O qədər sevincliyik ki.. Canlı tarix yaşayırıq, yatsaydım yuxuma da girməzdi ki, bu günləri görəcəm. Sevinc göz yaşlarımla qələbəni yaşadım. Bu duyğular üçün, bu hisslər üçün darıxmışdı millətimiz. Şəhidlərimizin ruhu şad olsun, əsgərlərimizə, qazilərimizə şəfa diləyirəm. Allah Ali Baş Komandanımız, cənab prezidentimiz İlham Əliyevə can sağlığı versin. Onun yumruğunun və əzminin altında igidlərimiz vuruşub, torpaqlarımızı bizə qaytardı” – deyə əməkdar artist bildirib.

Facebook Comments