Səid Sultani Təbriz Mərkəzi Həbsxanasına köçürülüb

Azərbaycanlı milli-mədəni fəal Babak Kiyumərsi gün, 2 dekabr 2020-ci ildə, dindirmə prosesi bitdikdən sonra Təbriz “ETTELAAT”nın təcridxanasından Təbriz Mərkəzi Həbsxanasının karantin şöbəsinə köçürülüb.

Bu saata qədər S.Sultaniyə qarşı irəli sürülən girov məbləği haqqında bilgi əldə edilməyib.

Təbrizdə saxlanılan digər fəal Babək Kiyumərsi də, dünən 1 dekabr tarixində Təbriz həbsxanasına köçürülüb.

Azərbaycanlı fəallara qarşı “ölkəyə müxalif təşkilatlara üzv olmaq” ittihamı irəli sürülüb.

Xatırladaq ki, hər iki fəal cari ilin oktyabr ayının 4-də təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın Culfa şəhərində yerləşən iş yerlərində həbs edilərək, Təbrizin “Ettelaat” İdarəsinin istintaq təcridxanasına aparılıb. Təhlükəsizlik orqanları işçiləri Səid Sultanini tutduqdan sonra onun evində təftiş apararaq, notbuk, mobil telefon, kitablar və avtomobili də daxil olmaqla, bir çox şəxsi əşyalarını müsadirə edərək özləri ilə aparıblar. Bundan başqa, Babək Kiyumərsi tutulan zaman təhlükəsizlik orqanları işçiləri onun xanımını döyüblər.

Facebook Comments