İlqar Məmmədov: “Bu virus əvvəlkilərdən daha çox adam öldürmürsə, maska-karantin tədbirləri kimlərə lazımdır?”

“Görün nələr baş verir. Aylardır, Birləşmiş Ştatlarda COVİD-19 panikası yayılır. Yetərincə statistik məlumat hələ yığılmayıbsa və media sənin sərəncamındadırsa, bunu etmək asandır. Amma cari ayın əvvəlində John Hopkins Universitetində işləyən alim, xanım Genevieve Briand, ABŞ-ın bu il üzrə daha yığılmış ölüm statistikasına baxaraq isbat etdi ki, Amerikada bütün bu COVİD-19 pandemiyası dövrü ərzində normadan artıq ölüm sayı olmayıb! Bu, çox ciddi qalmaqal yaratdı. Çünki onun araşdırması ancaq rəsmi rəqəmlərə və çox sadə, məntiqli statistik metoda əsaslanır”.

Sozcu.az-ın xəbərinə görə, bunu ReAl Partiyanın sədri İlqar Məmmədov deyib.

İ.Məmmədov əlavə edib: “Professor Briand göstərdi ki, ABŞ-da ölüm sayının artımı vardısa da, bu ancaq iki ayrı səbəbə görə baş verib – əhalinin artması və qocalması. Vəssalam. COVİD-19 heç bir əlavə ölüm sayı yaratmayıb. Bir neçə həftə bu araşdırma universitetin saytında qalandan sonra, ayıb, biabırçı bəhanələr gətirilməklə araşdırmanı oradan pozdular. Bu cür hadisələr COVİD-19 virusunun mövcudluğundan bəzi iqtisadi-siyasi oyunçuların öz məqsədləri üçün istifadə etməsi haqda yayılan fikirləri daha da gücləndirir. Viruslar həmişə olub və olacaq. Bu virus əvvəlkilərdən daha çox adam öldürmürsə, onda bütün bu maska-karantin tədbirləri kimlərə lazımdır?”

Facebook Comments