Ermənistanı Rusiyaya birləşdirən yeganə quru yolu bağlandı

Ermənistanla Rusiyanı birləşdirən yeganə quru yolu – Stepantsminda-Lars trası yalnız yük daşıyan nəqliyyat vasitələri üçün açıqdır. “Qafqazinfo” bildirir ki, bu barədə “newsarmenia.am”xəbər verib.

Ermənistan FHN-in Gürcüstan DİN-in Fövqəladə Hallar Departamentinə və Rusiya FHN-in Şimali Osetiya Böhran İdarəetmə Mərkəzinə istinadən verdiyi məlumata görə, bu, fövqəladə vəziyyətlə bağlıdır.

“Ermənistan XİN-dən əldə edilən məlumata görə, əcnəbilərin Gürcüstana girməsinə qadağa qoyulması qərarı qüvvədə qalır. Qadağa yük daşımalarına şamil edilmir”, – məlumatda deyilir.

Facebook Comments