“Azadlıq vətən qədər, ərazi bütövlüyü qədər vacib və müqəddəsdir” – Elşən Əlisoy

Elşən Əlisoy
Yaxşı ki, bu ölkədə yaltaqlarla, yalaqlarla, birgə vətəndaş mövqeyi sərgiləməyə bacaran az da olsa insanlarımız var imiş. Vətəndaş mövqeyi sərgiləyib , hakimiyyətdən hesabat istəyən insanlarımızın sayəsində çox vaxt sərtlər və qaydalar dəyişə bilib. Qarabağ savaşında da bağlanan sənədlər hesab soran insanlarımızın mövqeyi nəticəsində şərtlərin və kəlmələrin müəyyən qədər dəyişilməsinə səbəb oldu. Yaxın günlərdə yaqin ki, detallar tam açılacaq.

Vətəndaş mövqeyinin ayaqda durması uğrunda mücadilə verən, bəzən trolların və düşüncəsi olmayan sürünün hücumuna qarşı dayanan, çox vaxt hətta azlıqda görünən, söyülən, təhqir olunan xalqın bu kəsiminə də təşəkkür edirəm. Yaxşı ki , varsınız !

Azadlıq vətən qədər, ərazi bütövlüyü qədər vacib və müqəddəsdir. Azad olmayan insanın adı quldu! Düşüncəsi olmayan insanın adı manqurtdur! Bu vətən bizimdir, bizim olan vətəndə hər şeyə sahib durmaq, vətənin idarəçiliyi əlində olanları lazım olanda sogulamağı bacarmaq cəsarəti olan insanlar bu dövlətin və dövlətçiliyin qarantlarıdırlar.

Yaşasın Bütöv Azərbaycan?

Facebook Comments