Hamilə qadınların ölüm riskini artıran amil

Hamilə qadınlar digər qadın pasiyentlərə nisbətən daha çox koronavirusdan ölürlər.

Sozcu.az verir ki, bunu ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatları göstərir.

Nəticələr 22 yanvar – 3 oktyabr arasında toplanan statistik məlumatlara əsaslanır.

“The Washigton Post” qəzetinin yazdığına görə, COVID-19 xəstəsi olan 19 mindən çox hamilə qadından 33-ü ölüb, bu kateqoriyada ölüm dərəcəsi 0,2% təşkil edib. Hamilə olmayan qadınlar arasında bu rəqəm iki dəfə azdır.

Mərkəzdə belə düşünürlər ki, yüksək ölüm riski hamiləlik dövründə baş verən fiziki dəyişikliklərlə – ürək döyüntülərinin artması, oksigen istehlakı, ağciyərlərin tutumunun azalması, orqanizmin immunitet sistemində gedən dəyişikliklər və s. ilə bağlıdır. (RİA Novosti)

Facebook Comments