Gəncədə mənzildən meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Gəncə şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Sozcu.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Aslanov Saləddin Ələddin oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Facebook Comments