Paşinyan bu sözlərlə özünü rüsvay etdi – Türkiyə KİV

Ermənistan Baş naziri Nikol Paşinyan xarici mediaya verdiyi müsahibədə yenə özünü gülünc vəziyyətə salıb.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber 7” nəşri məlumat yayıb.

Paşinyanın “Avropa bunu başa düşməlidir ki, Türkiyəni Şərqdə dayandıran son qüvvə Ermənistandır” sözünə diqqət çəkilən məqalədə bu fikrin absurd olduğu və erməni baş nazirin növbəti dəfə özünü rüsvay etdiyi vurğulanıb.

Nəşr qeyd edib ki, Azərbaycan Ordusu cəbhədə uğurlar qazanıb, Ermənistan silahlı qüvvələrini darmadağın etdikcə Paşinyan belə məntiqsiz fikirlər səsləndirir.

Facebook Comments