Soda,ayran və limonla qarındakı piyləri əritmək

Soda,ayran və limon qarışımı ilə siz qarın bölgənizdəki piylərdən asanlıqla canınızı qurtara bilərsiniz.Əgər fikirləşirsinizsə ki,qısa bir zamanda bu mümkün olan bir şey deyil,o zaman yazılanlara əməl edib özünüz şahid ola bilərsiniz.
Lazım olanlar
* 3 xörək qaşığı orta yağlı qatıq
* 1 şüşə barjom
* yarım limonun suyu
Hazırlanması
3 xörək qaşığı orta yağlı qatığın üzərinə yarım limonun suyu sıxılır,yaxşıca qarışdırılır.Qarışdırdıqca az-az barjom əlavə edilir.Barjomun hamısını birdən töksəniz köpürüb qalxacaq və daşacaq.
İstifadə olunma qaydası
2 hissəyə ayrılır.Hər səhər yeməyindən və yatmazdan yarım saat əvvəl qəbul edilir.Müalicə 1 həftə aparılır,3 gün fasilə verilir və yenidən davam edilir.Müalicə müddətində idmanla məşğul olsanız və diet saxlaya bilsəniz bu sizin artıq piylərdən xilas olmanızı sürətləndirəcək.

Facebook Comments