“Düşmən arxayınlaşdıqca, işğaldakı torpaqlarımızda məskunlaşma sürətlənəcək”

İqbal Ağazadə: “İndiki halda yeganə vəzifəmiz bu torpaqları azad etməkdir”

Livan və Suriyadakı erməni əsilli şəxslərin rəsmi İrəvan tərəfindən işğaldakı Azərbaycan torpaqlarında məskunlaşdırılması dövlətimizi və xalqımızı ən çox narahat edən problemlərdən biridir. Hansı ki, rəsmi Bakı dəfələrlə beynəlxalq təşkilatlar və dünya birliyi qarşısında bu problemi qaldırıb.

Moderator.az-a açıqlamasında məlum məsələyə toxunan Ümid Partiyasının sədri İqbal Ağazadə, işğaldakı torpaqların azad edilməsi istiqamətində konkret addımlar atılmayacağı təqdirdə, bu tendensiyanın daha da genişlənəcəyini bildirib:

“Bildiyiniz kimi, uzun müddətdir ki, Azərbaycan torpaqları işğal altındadır. Bu işğal davam etdikcə ermənilərdə və digər dövlətlərdən gətirilərək burada məskunlaşdırılan ermənilərdə bir arxayınlıq yaranandan sonra bu proses daha da sürətlənəcək. Biz torpaqlarımızı işğaldan azad etmədikcə, həmin torpaqlarda mütləq və mütləq başqa yerlərədn gələn ermənilər məskunlaşdırılacaq. Buna görə də bizim tək vəzifəmiz işğaldakı torpaqlarımızı azad etməkdir”.

Facebook Comments