Livanda yeni hökuməti o formalaşdıracaq

Livan Prezidenti Mişel Aun yeni hökuməti formalaşdırmağı ölkənin Almaniyadakı səfiri Mustafa Ədibə tapşırıb.

Sozcu.az xəbər verir ki, parlamentdə keçirilən səsvermə zamanı 128 deputatdan 90-ı M.Ədibin lehinə səs verib. Digər namizəd Nəvvaf Salam isə 16 səs toplaya bilib.

Daha sonra Liviya prezidenti Mustafa Ədibi qəbul edib və ona yeni hökuməti formalaşdırmağı tapşırıb.

Qeyd edək ki, Beyrut limanındakı partlayışdan sonra avqustun 10-da ölkənin baş naziri Həsən Diyab istefa verib.

Facebook Comments