Rusiyanın Ermənistan və Qarabağdakı adamları görüşdü və…-FOTO

“Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq…”

“Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ sarsılmazdır. Artsaxın beynəlxalq səviyyədə tanınmasına alternativ yoxdur…”

Sozcu.az xəbər verir ki, erməni saytlarının yaydığı məlumata görə, bunu işğalçı ölkənin “Vətən” partiyasının rəhbəri Artur Vanetsyan, Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı kriminal rejimin qanunsuz “təhlükəsizlik şurası”nın katibi Samvel Babayanın rəhbərlik etdiyi “Vətən” və “Vahid vətən” partiyaları siyasi şurası üzvlərinin birgə iclasında söyləyib.

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi Qarabağdan başlayır və əgər Qarabağda təhlükəsizlik problemi varsa, bu birbaşa Ermənistana təsir edəcəkdir.

Öz növbəsində Samvel Babayan “iki Ermənistan respublikasının siyasi qüvvələri arasında sağlam əməkdaşlığın vacibliyini” qeyd edib.

P.S. Xatırladaq ki, Artur Vanetsyan Rusiyanın Ermənistandakı, Samvel Babayan isə separatçı rejimin keçmiş “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanla birgə Qarabağdakı adamı hesab olunur…moderator.az

Facebook Comments