Bakının 3 rayonunda içməli suyun verilişində fasilələr yaranacaq

Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.

“Azərsu'” ASC-dən APA-ya bildirilib ki, yaranmış narahatlıqla əlaqədar “Azərsu'” ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.

Facebook Comments