Beynəlxalq Qarabağ Forumunun VII toplantısı keçirildi

Bu gün Beynəlxalq Qarabağ Forumunun (BQF) VII toplantısı videokonfrans formatında keçirilib. Toplantıya BQF-nin Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsveç, Almaniya, Belçika, Fransa, İsveçrə, ABŞ-dan olan təmsilçiləri qatılıb. Toplantı Azərbaycanın himninin ifası və Şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb. Forumun koordinatoru, QAT sədri Akif Nağı toplantıda müzakirə oluncaq məsələlər, gündəliklə bağlı məlumat verib. Əvvəlcə təşkilati məsələlərə baxılıb, Foruma və Koordinasiya Şurasına yeni üzvlər seçilib. Sonra Azərbaycan – Ermənistan cəbhəsindəki son vəziyyət, Ermənistanın təxribatçı və işğalçı cəhdləri, Forumun məqsəd və vəzifələri, fəaliyyət istqamətləri müzakirə olunub, uyğun sənədlər qəbul olunub.

İşğalçı Ermənistanın son təxribatçı hərəkətləri ilə bağlı qəbul olunmuş bəyanatda göstərilir: “ Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsveç, Almaniya, Belçika, Fransa, İsveçrə, ABŞ ölkələrindən nümayəndələrin daxil olduğu Beynəlxalq Qarabağ Forumunun VII toplantısının iştirakçıları işğalçı Ermənistanın cəbhənin Tovuz rayonu istiqamətində növbəti dəfə təxribat törətməsini qətiyyətlə pisləyir, qəsbkar və hərbi cinayət hərəkətlərini lənətləyir, Azərbaycan Ordusunun düşmənə sərt və öldürcü cavab tədbirlərini, düşmənə sarsıdıcı zərbə vurmasını alqışlayır. Vətən naminə qəhrəmanlıq nümunələri göstərən əsgər və zabitlərimizlə qürur duyduğumuzu bildirir, şəhid olmuş generalımıza, digər zabitlərimizə, əsgərlərimizə Allahdan rəhmət diləyirik. Hesab edirik ki, Azərbaycan Ordusu bir daha düşmənə öz gücünü, düşmənin istənilən təxribatlarının qarşısını almağa qadir olduğunu göstərdi. Eyni zamanada Azərbaycanın dövlət rəhbərliyi həlledici anda düzgün qərar qəbul edərək təsirli tədbirlər gördü, xalqın istəyinə uyğun addımlar atdı. Azərbaycan xalqı, bütün dünyada yaşayan soydaşlarımız Qarabağ naminə heç nə ilə müqaiysə olunmayacaq birlik nümayiş etdirdi, hər kəs ayağa qalxdı, Dövlətimizin və Ordumuzun yanında olduğunu nümayiş etdirdi.

İşğalçı Ermənistan bütün bunlardan nəticə çıxarmalı, torpaqlarımızı tərk edib getməlidir. Bəzi dövlətlər işğalçı ölkəyə dəstək verməkdən çəkinməlidir. Beynəlxalq təşkilatlar, vasitəçi ölkələr, nəhayət ki, məsələyə obyektiv mövqedən yanaşmalı, işğalçı Ermənistana qarşı sərt tədbirlər görməlidir.

Amma işğalçı Ermənistanın, onun havadarlarının, beynəlxalq qurumların haqq-ədalət yoluna qayıdacaqlarına ümid yox dərəcəsindədir. Ona görə də yalnız özümüzə arxalanmalı, öz gücümüzlə, hərbi yolla torpaqlarımızı işğaldan azad etməliyik. Hər birimiz bu savaşda Dövlətimizin və Ordumuzun yanında olmağa, düşmən üzərində ümumi qələbəmizə töhfəmizi verməyə, sıra nəfəri kimi döyüşlərə atılmağa hazırıq! Qələbə hökmən bizim olacaq! Ya Qarabağ, ya ölüm!

Forumun məqsəd və vəzifələrinə dair sənədin yeni redaksiyasında göstərilir: “Beynəlxalq Qarabağ Forumunun (BQF) məqsədi Azərbaycanın Dağlıq Qarabağ, ətraf yeddi rayonu, həmçinin Qazax rayonunun yeddi yaşayış məntəqəsinin, Naxçıvan bölgəsinin Kərki yaşayış məntəqəsinin və digər ərazilərinin erməni işğalından azad olunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bütün nəticələrinin aradan qaldırılması, Azərbaycanın işğalçı Ermənistanla dövlət sərhədlərinin bərpa olunması, bütün işğal olunmuş ərazilərdə Azərbaycanın suveren hüquqlarının bərpa olunması, Ermənistandan zorla deportasiya edilmiş azərbaycanlıların öz yurdlarına qaytarılması, tarixi ədalətsizlik nəticəsində Azərbaycandan alınaraq Ermənistana verilmiş torpaqların, o cümlədən, Zəngəzur, Göyçə, Dərələyəz, İrəvan bölgələrinin Azərbaycana qaytarılması, tarixi ədalətin bərpa edilməsinə nail olmaqdan ibarətdir.

Bu məqsədin həyata keçirilməsi üçün qarşıya qoyulan vəzifələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və bu təcavüz nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düzgün və obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması, ermənilərin Azərbaycana və digər qonşu ölkələrə qarşı əsassız ərazi iddialarının, həmçinin qondarma “erməni soyqırımı” yalanlarının ifşa edilməsi, beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutmasına, beynəlxalq qurumların işğalçı Ermənistana qarşı ədalətli qərarlar qəbul etməsi və həmin qərarların yerinə yetirilməsinə nail olunması, torpaqlarımzın azad olunması üçün konkret və təcili tədbirlərin görülməsi, həmçinin işğalçıya qarşı azadlıq müharibəsinə başlanılması tələbi ilə Azərbaycan hökumətinə təzyiq göstərilməsi, bu istiqamətdə ilk addımları atacağı təqdirdə hərtərəfli dəstəyin verilməsi, Azərbaycanda və kənarda yaşayan bütün azərbaycanlıların, azərbaycansevərlərin fəaliyyətinin və səylərinin əlaqələndirilməsi, bütün soydaşlarımızın “Qarabağın azadlığı –dünya azərbaycanlılarının vahid milli ideyasıdır!” şüarı ətrafında birləşdirilməsindən ibarətdir”.

Forumun fəaliyyət istiqamətləri əsas olaraq aşağıdakı kimi müəyyən edildi: “Beynəlxalq Qarabağ Formunun (BQF) məqsəd və vəzifələrinin yerinə yetirilməsi üçün aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilir:

1. Beynəlxalq təşkilatların, dövlətlərin rəhbərləri, digər məsul şəxslər ilə görüşlərin keçirilməsi, uyğun sənədlərin qəbul olunması üçün təkliflərin verilməsi.

2. Avropa parlamenti tipli beynəlxalq və regional qurumların, həmçinin ayrı-ayrı ölkə parlamentlərinin deputatları ilə təmasların qurulması, onların obyektiv informasiya ilə təmin edilməsi, onların kütləvi informasiya vasitələrində çıxışları, publik bəyanatlarının təmin edilməsi.

3. Xarici ölkə mütəxəsislərinin telekanallarda, qəzetlərdə, digər KİV-lərdə həmçinin sosial mediada obyektiv çıxışlarının təşkil edilməsi.

4. Azərbaycanlıların Kütləvi İformasiya Vasitələrinə, xüsusilə telekanallara yerləşdirilməsi.

5. Azərbaycanlıların onlayn TV, qəzet və bu tipli digər media resurslarının yaradılması.

6. Xarici müəlliflər tərəfindən həqiqəti əks etdirdən bədii və sənədli filmlərin çəkilməsinə nail olunması .

7. Xarici müəlliflər tərəfindən məqalə və kitabların yazılması, Azərbaycanda çıxan yazılı materialların tərcümə edilərək yayılmasının təşkil edilməsi.

8. Kitab, broşur, buklet və bu tipli digər materilalların hazırlanması və paylanmsı.

9. Konfrans, dəyirmi masa və bu tipli digər tədbirlərin keçirilməsi

10. Hər hansı ölkə çərçivəsində və ya beynəlxalq səviyyədə beyin, düşüncə, müzakirə mərkəzlərinin yaradılması .

11. Mitinq, piket və bu tipli digər tədbirlərin keçirilməsi.”

Facebook Comments