“Ailəm çox çətin vəziyyətlə üzləşib…” – Şikayət – Fotolar

Koronavirus pandemiyası təkcə sağlamlığa deyil, həm də insanların maddi rifahına təsir göstərir.

Bu gün bəzi vətəndaşlarımız faktiki olaraq işsiz və dolanışıq üçün vəsaitsiz qalıb.

“Ailəm çox çətin vəziyyətlə üzləşib. Mən boşanmışam və iki oğlan uşağı böyüdürəm. Böyüyünün 14, kiçiyinin isə səkkiz yaşı var. Mənə kömək edən yoxdur. Bu yaxınlarda evimizdə qısaqapanma nəticəsində yanğın baş verdi və bütün əmlakımız yandı”, – deyə, Media.Az-a müraciət edən paytaxt sakini Günel Abdulova söyləyib.

Ramanada fərdi evdə yaşayan qadın hazırda ailəsi ilə birlikdə küçədə qalır.

“Mənzili bərpa etməyə pulum yoxdur. Xadimə işləmişəm, amma pandemiya səbəbindən işimi itirdim və indi heç yerdə işə düzələ bilmirəm”, – G.Abdulova durumundan şikayət edib.

Onunla birlikdə yaşlı valideynləri də fərdi evlərində yaşamaqdan məhrum olublar.

“İndi hamımız küçədə yaşayırıq. Böyük oğlum və mən bronxial astma xəstəsiyik. Nə edəcəyimi, kimdən kömək və dəstək almalı olduğumu bilmirəm. Bütün laqeyd olmayan həmvətənlərimdən xahiş edirəm ki, bu çətin vəziyyətdən çıxmağımıza kömək etsinlər”, – deyə, G.Abdulova bildirib.

Qeyd edək ki, ailə mənzilin təmir edilməsinə, geyim əşyalarına və zəruri ərzaq yardımına ehtiyac duyur.

Kömək etmək istəyənlər 055 599 89 02 nömrəsi ilə əlaqə saxlaya və ya aşağıdakı kredit kartına pul köçürə bilər:

  

Facebook Comments