Azərbaycanda şəhidlər bulağında qoyun saxlayırlar – FOTOLAR

Abşeron rayonunda şəhidlər bulağında qoyun sürüsü saxlanılır.

Oxu.Az-ın məlumatına görə, bu barədə fotoları jurnalist Namiq Həsənov “Facebook” səhifəsində paylaşıb.

O qeyd edib ki, rayonun Görədil qəsəbəsi, “Qarabağ şəhidlər bulağı”nın ətrafında qoyun sürüsü saxlanılır:

“Əbədi məşəlin əvəzinə tonqal, insanlar əvəzinə qoyun sürüsü. Bu biabırçı mənzərəyə uzun müddət söz tapa bilmədim, eləcə, duruxub qaldım. Öz şəhidinə, tarixinə belə etinasız yanaşan insanın nə gələcəyi var, nə də qələbəsi”.

Sozcu.az

Facebook Comments