Xaçmazda biri 6 yaşlı olmaqla 3 nəfər sahibsiz itin hücumuna məruz qalıb

Xaçmazda 3 nəfəri sahibsiz it dişləyib.

Sozcu.az-ın məlumatına görə, xəsarət alanlar rayonun Çarxı kənd sakini, 2012-ci il təvəllüdlü Qədirli Vüqar Mehdi oğlu, Müşkür kənd sakini Fərzəliyev Ceyhun Nizami oğlu və 2014-cü il təvəllüdlü Qımılqışlaq kənd sakini Mahmudov Seyid Sahib oğludur.

Hər 3 yaralı Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.APA

Facebook Comments