Masazırdan Abşeron icra başçısına MÜRACİƏT: Bizə qayıq və vadalaz geyimi göndərin… – VİDEO

Abşeron rayonu Masazır qəsəbəsi, şəhid Afiq Abdulhüseynov küçəsi, sağ tərəf deyilən ərazinin bir qrup sakini uzun müddətdir ki, imdad diləyir, gücü çatıb ünü yetən hər kəsi yardıma səsləyirlər. Amma, təəssüf ki, yarımada sakinlərinin səsi eşidilmir, ərazidəki 10-larla evin sahibləri yağış yağanda qayığa, fövqaladə dalğıc libasına, katerə ya da helikopterə ehtiyac duyaraq süni gölməçələrdən əziyyət çəkirlər.

Sozcu.az bildirir ki, “Demokratik.Az”-ın əldə etdiyi məlumata görə, ərazidə kanalizasiya probleminin həll olunmaması süni problemlərə yol açıb. Belə ki, illər əvvəl əraziyə çəkilmiş kanalizasiya xəttləri ərazidə tikilməkdə olan evlərdən aralıda qaldığından yeni küçə və dalanları tez-tez su basır. Kanalizasiya xəttləri də çox vaxt daşdığından, ərazidə antisanitar vəziyyət yaranır.

Şikayətçilərin bildirdiyinə görə, problemin həlli üçün dəfələrlə Abşeronun xanım icra başçısı İradə Gülməmmədovaya və aidiyyatı yerli qurumlara müraciətlər faydasız olub. Kimsə onların probleminin aradan qaldırılmasına nə insani, nə də maddi maraq göstərməyib.

Məlumata görə, ərazidəki belə süni problemlərin baş verməsində sabiq bələdiyyə sədri Siyanfər Əliyevin və yerli İHB-nin Memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyevin “zəhmətləri” danılmazdır. Belə ki, Masazır ərazisində rüşvətlə haranı gəldi satmış qalmaqallı sabiq bələdiyyə başqanı və baş memar üçün kommunikasiya xəttləri və infrastruktur layihələri görünür arxa planda olub. Ona görə də, çox zaman yaşayış massivlərində evlərin və obyektlərin nizam-intizamsız tikilməsi və darısqal küçələrin salınması kortəbii proseslərlə evlərin altından axan çaylar əmələ gətirə bilən gölməçələr də meydana çıxarıb.

Görünən mənzərəyə başqa nə deyəsən, kimlərdən mədət umasan?

Şikayətçilərin sözü olmasın, “Ay allah bəlanızı versin, bu nə zülümdür?!”…

“Masazırın aqibəti, burası keçilməzdi…, biabırçılıqdı”

Ətraflı videoda:

Facebook Comments