Yeniyetmə oğlan atasını buna görə öldürüb - Təfərrüat

Gəncədə yeniyetmə oğlanın öz atasını güllələməsi ilə bağlı hadisənin təfərrüatları məlum olub. Sozcu.az Yurd.Media-ya istinadən xəbər verir ki, hadisəyə səbəb atanın övladına dərslərini oxuması üçün danlamasının səbəb olduğu bildirilir. Mərhum 44 yaşlı Elçin Nağıyev Daşkəsən rayon, Quşçu kəndində yerləşən Kəlbəcər rayon 71 nömrəli orta məktəbin tarix müəllimi və direktor müavini işləyib. O, dörd uşaq atası olub. Cinayəti törətməkdə şübhəli bilinən isə onun cüdo idman növü ilə məşğul olan 17 yaşlı oğlu K.Nağıyevdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Sozcu.az məlumat verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kamran Əsədovun vəkili müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. O, Kamran Əsədovun səhhəti ilə bağlı qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib. Müdafiəçi bildirib ki, Kamran Əsədovun həbsdə qalması üçün heç bir səbəb yoxdur, bu işdə abituriyent və valideynlər də məsuliyyət daşıyır. Məhkəmə vəsatəti təmin etməyib. Proses aprelin 9-da davam etdiriləcək. Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.Xatırladaq ki, Kamran Əsədov yanvarın 23 də keçirilən məhkəmə prosesinin gedişində həbs olunub.(APA)

Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası çıxarılacaq

Ermənistanın yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad edilməməlidir. Sozcu.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. Qeyd edək ki, Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik Bəyannamədə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.

Neftin qiyməti 300 dollara qalxacaq? - Ekspert açıqladı

Hərbi qarşıdurmanın gedişindən asılı olaraq, neftin bir barelinin qiyməti 300 dollara qədər yüksələ bilər. Bunu Bakupost.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban İran rəsmilərinin neftin qiymətinin 200 dollara çatacağı ilə bağlı bəyanatlarını şərh edərkən bildirib. Ekspert qeyd edib ki, İranın neft qiymətləri ilə bağlı bu cür bəyanatlarla çıxış etməsi yeni hal deyil: “Tehran artıq 20 ildən çoxdur ki, bu tip açıqlamalar verir. Adətən belə bəyanatların sonunda da ‘hər şey Allahın əlindədir’ kimi ifadələr işlədilir”. İlham Şabanın sözlərinə görə, neft bazarında qiymətlərin kəskin artması ehtimalı müharibənin necə inkişaf edəcəyindən birbaşa asılıdır: “Müharibə daha kəskin xarakter alsa, dağıntıların miqyası böyüsə və xüsusilə Körfəz ölkələrindəki neft obyektləri zərər görsə, neftin qiyməti nəinki 200, hətta 300 dollara belə çata bilər. Ona görə də indidən bu barədə qəti proqnoz verməyə və tələsməyə ehtiyac yoxdur”. Qeyd edək ki, İran rəsmiləri regiondakı gərginliyin davam edəcəyi təqdirdə dünya enerji bazarında ciddi böhran yarana biləcəyi barədə xəbərdarlıq edirlər. İran hərbi rəhbərliyinin nümayəndəsi İbrahim Zolfaqari bildirib ki, təhlükəsizlik vəziyyəti dəyişməzsə, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər. Məlumata görə, müharibə başlayandan bəri bölgədə zərər görən ticarət gəmilərinin sayı 14-ə çatıb. Hörmüz boğazında təhlükəsiz hərəkətin pozulması isə qlobal enerji bazarı üçün 1970-ci illərin neft böhranından bəri ən ciddi təchizat risklərindən biri kimi qiymətləndirilir. Hazırda isə dünya bazarında neftin bir barelinin qiyməti təxminən 90 dollar səviyyəsindədir.

Uşaqları döyüb, tərbiyə edirəm deyən valideynlərin nəzərinə - Cərimələnəcəksiniz

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək. Sozcu.az xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin bu gün videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddədə əksini tapıb. Layihəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək. Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.yenisabah)

Dilənçiliyə görə cəzalar tətbiq ediləcək

Azərbaycanda dilənçiliklə məşğul olmağa görə sanksiya, cərimə və həbs cəzaları tətbiq ediləcək. Sozcu.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddənin əlavəsi təklif olunur. Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, dilənçiliklə məşğul olmağa görə xəbərdarlıq ediləcək, yaxud 100 manatdan 200 manatadək məbləğdə cərimə tətbiq olunacaq və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 10 günədək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulacaq. Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsin dilənçiliyə cəlb edilməsinə görə 200 manatdan 500 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 15 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Xatırladaq ki, qüvvədə olan məcəllədə dilənçiliklə məşğul olma əməli "Avaralıqla məşğul olma" kimi qeyd edilib.

Orbanın Putindən bircə fərqi var: raket atmır!

Viktor Orbanın Vladimir Putinlə fərqi ondadır ki, o, Ukraynaya raket atmır. Sozcu.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Orban Moskvaya qarşı bütün sanksiyaları bloklayıb, Macarıstandan silahların tranzitinə və Ukraynaya hərbi yardımın göstərilməsinə mane olub. O, pulu, silahları, AB-yə gedən yolumuzu, həyat yolumuzu bloklayır. Həmçinin Rusiyanın hekayələrini təbliğ edir. O, Rusiya liderinin tərəfindədir. Bu gün onun etmədiyi tək şey ərazilərimizə raketlər və ya dronlarla hücum etmək və əsgərlərini göndərməməkdir”, - Zelenski bildirib.

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Sozcu.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Hörmüzdə təhlükə minalar deyil, birbaşa İrandır

Hörmüz boğazında neft tankerləri üçün ən böyük təhlükə dəniz minaları deyil, birbaşa İran hücumlarıdır. Sozcu.az xəbər verir ki, bu barədə “Quardian” ABŞ kəşfiyyatına istinadla məlumat yayıb. “ABŞ bu yaxınlarda İranın mina yerləşdirən gəmilərini vursa da, rəsmilər hesab edirlər ki, İranın gəmiləri vurmaq üçün dronlardan və ya sahilə atılan raketlərdən istifadə etmək ehtimalı daha yüksəkdir. Hətta tək bir uğurlu zərbə belə bir tankeri batırıb qlobal neft ticarətini poza bilər”, - məlumatda bildirilib. Qeyd edək ki, İranın Hörmüz boğazını minaladığı haqda iddia yayılıb.

İran onları dağda gizlədir, işimiz çətindir - Leyter

İran raket buraxılış qurğularını dağlıq ərazilərdə gizlədir və bu da onları tapmağı və məhv etməyi çətinləşdirir. Sozcu.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter deyib. “Onlar buraxılış qurğularını dağlarda gizlədirlər. Bu isə bizim üçün işi çətinləşdirir. Buna görə də əməliyyat daha çox vaxt aparacaq”, - o bildirib. Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb.

Ermənistanla sülhdən sonra bunun üzərində ürəkdən çalışırıq

Ermənistanla sülhdən sonra biz Orta Dəhlizin genişləndirilməsi üzərində ürəkdən çalışırıq və o da Ermənistanın ərazisindən keçir. Sozcu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.

İran XİN Müctəba Xameneinin yaralandığını təsdiqlədi - Təcili

İranın yeni ali rəhbəri Müctəba Xameneinin ABŞ-İran aviazərbələri nəticəsində yaralandığı təsdiqlənib. Sozcu.az xəbər verir ki. bu barədə İran XİN-dən bildirilib. Məlumatda Müctəba Xameneinin özünü yaxşı hiss etdiyi də vurğulanıb. Qeyd edək ki, bundan öncə ABŞ və İsrailin 28 fevralda İranın mərhum ali rəhbəri Əli Xameneinin iqamətgahına hücum zamanı Müctəba Xameneinin də ağır yaralandığı, hətta süni tənəffüs aparatına qoşulduğu bildirilirdi. Bu məlumat rəsmən təsdiqlənməmişdi. Sözügedən hücumda Əli Xamenei ilə bərabər, gəlini, kürəkəni, nəvəsi və xanımı da həlak olub.

Müavinət və təqaüd alanların nəzərinə!

Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl - martın 13-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Sozcu.az-a ƏƏSMN-dən məlumat verilib. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılmış olacaq.

Neftin qiyməti 114 dolları keçdi

Dünya bazarlarında neft kəskin bahalaşıb. Sozcu.az xəbər verir ki, hazırda “Brent” markalı neft 114,16 dollara, yüngül neft 113,92 dollara təklif edilir.

Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirəcək. Bu barədə Sozcu.az-a qurumdan məlumat verilib. Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq. Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - İmtahana buraxılış vərəqəsi; - Şəxsiyyəti təsdiq edən sənədin əsli: a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini; b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini; - Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər. Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb. Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib. Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

ABŞ hökuməti diplomatlarına Səudiyyə Ərəbistanını dərhal tərk etməyi əmr edib

Səudiyyə Ərəbistanında xidmət edən amerikalı diplomatlara ölkəni tərk etməklə bağlı tapşırıq verilib. Sozcu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “New York Times“ qəzeti məlumat yayıb. "Dövlət Departamentinin bu addımı ABŞ rəsmilərinin regionda artan riskləri dərk etdiyini göstərir. Bu, ABŞ və İsrail arasında İrana qarşı 28 fevral müharibəsindən bəri ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından işçilərin məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya əmr edir", - qəzet yazır. Məlumata görə, Dövlət Departamentinin əmri təkcə Ər-Riyaddakı ABŞ hökumət işçilərinə deyil, həm də ABŞ konsulluqlarının yerləşdiyi iki şəhər olan Ciddə və Dəhran şəhərlərinə də şamil ediləcək.

Tramp: İrana qarşı əməliyyatın nə vaxt başa çatacağına Netanyahu ilə birgə qərar verəcəyik

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nə vaxt başa çatacağına İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə qərar verəcəklərrini açıqlayıb. Sozcu.az xəbər verir ki, Tramp bu barədə "The Times of Israel" qəzetinə verdiyi müsahibədə danışıb. "Düşünürəm ki, bu, birgə qərardır. Çox da vacib deyil. Mən qərarı uyğun vaxtda verəcəyəm, amma hər şey nəzərə alınacaq", - Tramp deyib.

İranın hücumları nəticəsində Bəhreyndə 32 nəfər yaralanıb

İranın Bəhreyn ərazisini bombalaması nəticəsində 30-dan çox insan yaralanıb. Sozcu.az xəbər verir ki, bu barədə Bəhreyn hökuməti məlumat yayıb. Hökumətin məlumatına görə, Sitra rayonunda İranın hücumu nəticəsində 32 nəfər yaralanıb. Yaralananlardan dördünün hazırda vəziyyətinin ağır olduğu bildirilir.

Tramp: Münaqişə bitdikdən sonra İranın xəritəsi dəyişə bilər

ABŞ Prezidenti Donald Tramp münaqişə bitdikdən sonra İranın sərhədlərinin dəyişdirilməsini mümkün hesab edir. Sozcu..az xəbər verir ki, bu barədə Tramp təyyarəsində jurnalistlərə bildirib. Münaqişə bitdikdən sonra İran xəritəsinin eyni görünüb-görünməyəcəyi ilə bağlı suala Amerika lideri belə cavab verib: "Bunu sizə deyə bilmərəm. Yəqin ki, yox".

ABŞ İrana mümkün zərbələr üçün Britaniyaya B-1 bombardmançıları göndərib

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd ədəd B-1 Lancer strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbində yerləşən Feyrford aviabazasına yerləşdirilib. Sozcu.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb. Məlumata görə, bombardmançı təyyarələr İrana qarşı yeni zərbələrə hazırlıq çərçivəsində bölgəyə göndərilib. Təyyarələrdən biri martın 6-da, daha üçü isə martın 7-də Britaniyadakı bazaya çatdırılıb. Böyük Britaniyanın Müdafiə Nazirliyi B-1 təyyarələrinin ölkə ərazisinə gəldiyini təsdiqləyib. Nazirliyin açıqlamasında bildirilir ki, ABŞ Britaniya hərbi bazalarından İranın regionda raket buraxılışlarının qarşısını almaq məqsədilə istifadə etməyə başlayıb. Bu addımın Britaniya vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəldiyi qeyd olunub. Məlumata görə, ABŞ yaxın günlərdə Feyrford aviabazasından döyüş uçuşlarına başlayaraq İrana qarşı zərbələr endirə bilər.

Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib

Norveçin paytaxtı Osloda ABŞ səfirliyi yaxınlığında partlayış baş verib. Sozcu.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Norveç polisinə istinadən məlumat yayıb. Məlumata görə, bazar günü səhər saatlarında səfirlik ətrafında güclü partlayış səsi eşidilib. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib. Hadisənin səbəbləri araşdırılır.

"Bu vəziyyətdə əsl qalib kimdir?” - Tusk

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın İran üzərində qələbə ilə bağlı bəyanatını şübhə altına alıb. Sozcu.az xəbər verir ki, Tusk bu barədə "X" hesabında paylaşım edib. O bildirib ki, Yaxın Şərqdə silahlı qarşıdurma davam edir və bölgədə xaos genişlənməkdədir. Tusk qeyd edib ki, bu vəziyyət fonunda neft qiymətləri yüksəlir. Polşa hökumətinin başçısı ABŞ Maliyyə Nazirliyinin Rusiya neftinə tətbiq olunan sanksiyaların yumşaldıla biləcəyi barədə məlumatına da diqqət çəkib. “Neft qiymətləri artır. Vaşinqton Rusiya neftinə sanksiyaları aradan qaldıra bilər. Bu vəziyyətdə əsl qalib kimdir?” – deyə Tusk yazıb.

Ər-Riyadda diplomatik məhəlləyə dron hücumu cəhdi olub

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda diplomatik məhəlləyə pilotsuz uçuş aparatı ilə hücum cəhdi qeydə alınıb. Sozcu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, dronun hücum cəhdinin hava hücumundan müdafiə sistemləri tərəfindən qarşısı alınıb. Pilotsuz aparatın yerə düşməsi nəticəsində xəsarət alan olmayıb, yerüstü obyektlərə ziyan dəyməyib.

Bu Avropa ölkəsi ən yüksək maaşı verir: İşsizlər axın edir

Avropada karyera qurmaq istəyənlər üçün yeni bir hədəf müəyyənləşib. Son məlumatlara görə, İsveçrə həm həyat standartları, həm də verdiyi yüksək maaşlarla siyahıda birinci yerə yüksəlib. Bu ölkədə aylıq orta əmək haqqı bir çox ölkənin illik qazancına bərabərdir. Sozcu.az xəbər verir ki, İsveçrə illərdir iqtisadi sabitliyi və yüksək rifah səviyyəsi ilə tanınsa da, son statistikalar bu ölkənin maaş məsələsində digər Avropa nəhənglərini geridə qoyduğunu təsdiqləyir. Ən yüksək maaşlar hansı sahədədir? İsveçrədə orta aylıq əmək haqqı təxminən 6,700 - 7,200 İsveçrə frankı (təxminən 7,000 - 7,500 avro) arasında dəyişir. Xüsusilə aşağıdakı sahələrdə qazanclar daha yüksəkdir: İnformasiya Texnologiyaları (İT): Proqram təminatı mütəxəssisləri üçün başlanğıc maaşları belə çox yüksəkdir. Maliyyə və Bank işi: Sürix və Cenevrə kimi şəhərlər dünyanın maliyyə mərkəzləri olduğu üçün bu sahədə maaşlar rekord səviyyədədir. Əczaçılıq və Kimya sənayesi: Ölkənin ixracatının böyük hissəsini təşkil edən bu sektor mühəndis və tədqiqatçılara böyük imkanlar vəd edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, yüksək maaş hər şey demək deyil. İsveçrə dünyanın ən baha ölkələrindən biridir: Xüsusilə böyük şəhərlərdə kirayə haqları çox yüksəkdir. Məcburi sağlamlıq sığortası və gündəlik xidmətlər büdcənin əhəmiyyətli hissəsini təşkil edir. Supermarket qiymətləri qonşu Almaniya və ya Fransa ilə müqayisədə xeyli bahadır. İsveçrədə işçilərin hüquqları ciddi şəkildə qorunur. Həftəlik iş saatı orta hesabla 40-42 saat arasındadır. İş və şəxsi həyat balansı bu ölkədə ən mühüm prioritetlərdən biridir.Milli.az)