“Həbslər davam etdirilməli, dövlətdən oğurlanan pullar dövlətə qaytarılmalıdır” -Elşad Musayev

“İcra Hakimiyyəti başçılarının həbsi sadə insanlarımız tərəfindən müsbət qarşılanır. Bu rüşvətxor, işbilməz məmurların əməllərindən xalq bezib. Amma məsələ bununla bitməməlidir. Həm həbslər davam etdirilməli, həm də millətdən, dövlətdən oğurlanan milyonlar, milyardlar dövlətə qaytarılmalıdır. Bir qisim yüksək rütbəli məmur həbs olunmasa da işdən kənarlaşdırılıb, amma haram yolla yığdıqları külli miqdarda vəsait əllərindədir. Xortumlar sıxılmalı və həmin pullar əllərindən alınmalıdır”.

Sozcu.az xəbər verir ki, bunu Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib:

“Kənd təsərrüfatı mövsümü başlayıb. Bölgələrdə təsərrüfatları suvarmaq üçün su çatışmır. Bir sıra rayonda həm içməli suya olan tələbatı ödəmək, həm də əkin sahələrinin suvarılma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə əlaqədar bu ilin əvvəlindən prezident sərəncamlar verib ki,subartezian quyuları qazılsın. Bu məqsədlə “Şöhrət” ordenli Əhməd Əhmədzadənin rəhbərlik etdiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə milyonlarla vəsait ayrılıb.Amma pul yeyilir, artezian quyuları da qazılmır. Məsələn, Xaçmazın Çayqırağı kəndinin əhalisi onlara vəd edilən və subartezian quyusunun qazılmasını səbirsizliklə gözləyirlər. Əhmədzadənin bir iş görəcəyinə inanmıram. Amma yaxınlarda qara maskalıların bu köhnə mafiozu da həbs edəcəklərinə isə inanmaq istəyirəm…”

Facebook Comments