Mourinyonu ağladan yeganə məğlubiyyət

“Tottenhem”in çalışdırıcısı Joze Mourinyo məşqçi karyerası ərzində bir məğlubiyyətdən sonra ağlayıb.

Sozcu.az “Marca”ya istinadən xəbər verir ki, bu barədə portuqaliyalı mütəxəssis məlumat verib. O deyib ki, “Real”ı çalışdırdığı dönəmdə 2012-ci ildə Çempionlar Liqasının yarımfinalında “Bavariya”ya məğlubiyyətdən sonra ayrılıb:

“Bu futboldur. Ronaldo, Kaka və Serxio Ramos üç futbol canavarıdır. Amma onlar penaltilərdə yanıldılar. Bunu anlamaq olar, çünki onlar da insanlardır. Məşqçilik karyeramda ilk dəfə həmin vaxt ağlamışdım. Çünki biz o mövsüm ən yaxşılardan idik. Buna görə belə nəticəni qəbul etmək çətin idi”.

Qeyd edək ki, “Real” 2012-ci ildə “Bavariya”ya penaltilər seriyasında (1:3) uduzmuşdu.qol.az

Facebook Comments