Türk ordusu şəhid verdi, F-16-lar hücuma keçdi

Türkiyə ordusunun İraqın şimalında yerləşən Haftanin bölgəsindəki bazasına terrorçular hücum edib.

Sozcu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusunun cavabı nəticəsində terrorçular bölgədən qaçmağa başlayıb. Terrorçuların qaçdığı istiqamət müəyyən edildikdən sonra Hərbi Hava Qüvvələrinə aid F-16 qırıcıları havalanaraq onları atəşə tutub. Daha sonra “Atak” helikopterləri ilə terrorçular təqib edilib və olduqları hədəflər vurulub.

Əməliyyat çərçivəsində 12 terrorçunun məhv edildiyi müəyyənləşdirilib”, – məlumatda bildirilib.

Terrorçuların açdığı atəş nəticəsində isə 1 türk hərbçi şəhid olub, 3-ü yaralanıb.

Facebook Comments