Avropa Şurasının baş katibi Bakını Avropa məhkəməsinin bütün qərarlarını yerinə yetirməyə çağırıb

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərov ilə bağlı qərarını alqışlayıb. Onun bununla bağlı bəyanatında deyilir:

“Bu gün Azərbaycan Ali Məhkəməsinin İlqar Məmmədov və Rəsul Cəfərovun barəsində çıxardığı bəraət hökmünü alqışlamaq lazımdır. Avropa Şurası Nazirlər Komitəsinin dəfələrlə vurğuladığı kimi, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası onlara qarşı irəli sürülmüş cinayət ittihamlarının bütün nəticələrinin aradan qaldırılmasını tələb edir.

Nazirlər Komitəsi tərəfindən bu addıma məhkəmə qərarlarının icrasına nəzarət çərçivəsində baxılacaq. Avropa Şurası Azərbaycanla gələcək əməkdaşlığa hazırdır”.

Sozcu.az

Facebook Comments