Birlik zamanı gəlmədimi..?

Reyhanə ASLAN

Elin adamına 100 manat cərimə kəsənlər xalqın haqqını, ölkənin sərvətini, dövlətin pulunu çapıb talayanlara niyə ehkam kəsmirlər?

Bu xalq dövləti ona görə qurmayıb ki, çətin gündə özünə qənim kəsilsin. Belə çıxır ki, dövlət öz məzlum, çarəsiz vətəndaşına deyil,onu məzlum hala salıb, çarəsiz buraxan,oğru dəstəsinə hamilik edir.

Dövlət dediyin “AİLƏ”dir!

O ailənin böyüyü öz ailəsində ayrı-seçkilik salarsa, haqqı nahaqq önündə əyərsə, o ailənin aqibəti mütləq bir heç olar! hələ ölkə əhalisinin böyük bir qismi xaricdə, rusiyada olduğu halda, qalan, az bir hissəsi haqqı olan maliyyəni ala bilmir…

Mən Bakıda olarkən illərlə öz ölkəmdə iş tapa bilmədim. İşlədiyim yerlərdə əmək haqqımı ala bilmədim. Zəhmət haqqımı verməyənlərdən almaq üçün şikayət etməyə doğru- dürüst bir dövlət orqanı da tapmadım. Çünki, ölkədəki qanunlar çarəsiz vətəndaşları üçün bütün hallarda keçərsiz, vətəndaşın haqqını yeyənlər üçünsə keçərli sayılır. İllərlə dövlətin qurulması üçün ağır işdə çalışan, ananın xəstə halında, onun dərmanlarını ala bilmək üçün pul tapmayan vətəndaş belə olan halda müxalif olmazmı..?

Bir evin sahibi evinin içərisində  övladının birinə çörək verib digərinə vermirsə,o, birinin başqa bir evin adamına çevrilməsi normaldır və bir evin sahibi evinin içərisində birnə söz haqqı verib, digərini o haqqdan məhrum edirsə,  özünün də o evdə sözünün keçəri olmayacağını bilməlidir.

Evdən çıxdığı üçün indiki durumda vətəndaşına 100 manat cərimə kəsmək varlı bir ölkənin dövlətçiliyi üçün utanılası haldır… bu gün “bütün cərimələr ödəniləcək” deyən, DİN  İllərdir digər qurumların başında oturan oğru və quldur nazirlərlə birgə vətəndaşlara aid olan hər bir şeyi talamışlar. Vətəndaşın cərimə verəcək nəyi var ki, canından xaric.

Vətəndaş niyə görə cərimələnib? Ya çörək dalınca,ya da dərman dalınca qaçdığı üçün. Çarəsiz adam dərdinə çarə qılmağa çıxdığı halda ölkənin qanun keşikçisi onun çarəsizliyindən özünə çarə biçir. Budurmu ölkənin qanun keşikçisi? Bunun adı qanun keşikçisi yox qarıngüdənlikdir.Təbii, qarıngüdənlərin qanun başında oturduğu bir ölkədə bunun öz adıyla səslənməsi də böyük cinayətdir.

Lakin vətəndaş olaraq bu cinayəti törətmək qorxusu olmasaydı çarəsizlik insanlarımızı bu gün iki makaron, iki ədəd şokalatla dövlətin yoxluğunu təsdiq edən bəzi üzdəniraqlara möhtac etməzdi.

Belə bir deyim var: “Dünyanın şaһlıq çeşmәsi adil şaһ, qәm bulağı isә zalım şaһdır!” Şahı adil olmayan өlkәdә әdalәt axtarmaq mәnasızdı! Ölkənin şahı Günəşə bənzəməlidir, – kiməsə işıq verib, kimisə işıqsız qoymamalıdır!

Ölkədə hər kəs öz yerində olmasa, ölkə abad ola bilməz!

Bu ölkənin təbii sərvətlərindən hər bir fərdinə sosial yardım edəcək imkanı olduğu halda, üzdəniraglar əl-ayağa  düşüb əhaliyə dilənçi payı paylayır və dövlət başçısı da belələrinə minnətdarlıq edir.

BİR HAŞİYƏ:

Deyilənə görə bir gün rəhmətlik Z.Tağıyev yol gedərkən qarşısına bir türk çıxır, ona əl açır və pul dilənir. Hacı əlini cibinə salıb bir topa kağız onluq çıxarır və hamısını qatlayıb yenidən cibinə qoyur. Digər cibindən də bu qaydada bir topa qəpik çıxarır və ordan bir ikisini dilənçinin ovcuna basır, qalanını isə cibinə qoyaraq yoluna davam edir. Bu zaman qarşısına başqa millətin nümayəndəsi çıxır. O da əl açıb ondan pul dilənir. Hacı az öncə cibindən çıxardığı bir topa kağız pulu çıxarıb yarısını onun ovucuna basır. Bunu görən türk qəzəblənir. Tez hacının qarşısına keçərək, “ mən sənin öz millətin ola-ola, sən mənə qəpik- quruş  verirsən, amma əcnəbiyə o qədər qızıl onluq”. Hacı bu durumda “doğru, sən mənim öz millətimsən, bu üzdən sənə qəpik quruş verdim ki , dilənçiliyi özünə peşə etmiyəsən. O əcnəbiyə isə onluqları verdim ki, qoy şirniksin və ömrü boyu dilənçiliyi özünə pesə etsin” deyir.

Ölkə başçısı haqqı olanı haqsızdan tələb edib sahibinə qaytarmaq əvəzinə bir də çıxıb milləti dilənçiliyə alışdıranlara sidqi ürəkdən “çox sağ ol” dedi. Bu o deməkdir ki, dilənçilik sizin qismətinizdir və bu qismətlə də barışmaIısız.  Üzümü millətimizin xalqımızın ziyalı təbəqisinə tuturam. Bu dərsin  bəhrəsini siz daha yaxşı bilərsiniz. Bu qismətə barışmalıdırmı bu xalq..? Artıq xalqa çırag olmağınızın zamanı yetişmədimi..? Elin və əlin birlik zamanı gəlmədimi..?

 

 

Facebook Comments