Gəncədə karantində saxlanılan tibb işçilərinin görüntüləri yayıldı – VİDEO

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 saylı xəstəxanada karantində saxlanılan tibb işçilərinin görüntüləri yayılıb.

Yeniavaz.com-a göndərilən görüntüdə saxlanılan şəxslər koronavirus analizlərinin nəticələri neqativ çıxdığı halda karantinə salındıqlarını, eyni zamanda onkoloji xəstə olduqlarını qeyd ediblər.

Bundan əlavə, videoda bir neçə tibb işçilərinin adları çəkilərək, onların da koronavirusa yoluxduğu iddia edilib.

Xatırladaq ki, Yeniavaz.com olaraq ötən gün Abbas Səhhət adına 1 saylı xəstəxananın İnfeksion xəstəliklər şöbəsi ilə əlaqə saxladıq.

Xəstəxanadan isə heç bir yoluxma faktının qeydə alınmadığı bildirildi.

Sözügedən videonu təqdim edirik:

Sozcu.az

Facebook Comments