“Neymar niyə geri qayıtmasın ki?” – Xavi

“Barselona”nın sabiq kapitanı Xavi Hernandes PSJ-nin hücumçusu Neymarın komandaya mümkün qayıdışı barədə danışıb.

Sozcu.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçunu dünyanın ən yaxşı 5 oyunçusundan biri hesab edən “Əl Sədd”in baş məşqçisi onun Kataloniya klubuna geri dönməsinin tərəfdarı olduğunu bildirib:

“Neymar niyə geri qayıtmasın ki? Onun oyun bacarığına heç bir şübhəm yoxdur. Onunla bir müddət eyni komandada olmuşuq və mükəmməl bir insan olduğunu düşünürəm”.

Xatırladaq ki, Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transfer olunub.qol.az

Facebook Comments