Ərdoğanla Soylu arasında – İstefa dialoqu

Ötən gün Daxili İşlər naziri vəzifəsindən istefa etdiyini açıqlayan Süleyman Soylu ilə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan arasında keçən dialoq ortaya çıxıb.

Sozcu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Soylu Ərdoğanla görüşdə küçəyə çıxma qadağasında baş verən insidentin bütün məsuliyyətinin ona aid olduğunu bildirib və buna görə istefa etdiyini açıqlayıb.

Ərdoğan isə “ehtiyac yoxdur”, – deyib. Soylu isə qətiyyətli şəkildə “Cənab Prezident baş verənlər bunu tələb edir. Əlinizi rahatlaşdırmaq üçün istefa edirəm”, – deyə cavab verib.

O, Ərdoğanın söz söyləməsini gözləmədən “Haqqınızı halal edin”, – deyib.

Facebook Comments