“Yıxılmağım bədbəxtləri sevindirib, yazığım gəldi”

Ötən gün Xalq artisti Tünzalə Ağayevanın İTV-də yayımlanan “Gəl, qonaq ol” layihəsinin canlı efiri zamanı yıxıldığı anlar sosial şəbəkədə paylaşılıb, müzakirə edilib.

Sozcu.az xəbər verir ki, sənətçi özü də bu anları paylaşıb. O, daha sonra başqa video paylaşaraq yıxılmağının bəzi insanları sevindirdiyini yazıb:

“Mənim məhz bu cür yıxılmağım , böyük kompleksli olanları, həyatda özünü tapmayanları, bir sözlə, bədbəxt qismləri sevindiribsə, nə mutlu mənə – bir anlıq da olsa özünüzə güvəniniz yarandı, yazığım gəldi lap. Ləyaqət, şərəf yıxılmasın , onlar sonra nə yazıq ki, qalxmırlar, belə yıxılıb, sonra ucalmaq çox gözəl hissdir”.axşam.az

Facebook Comments