Rusiya: Bu müqavilə üçün ABŞ-la danışıqlara hazırıq

Rusiya ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması razılaşması ilə bağlı danışıqlara hazırdır.

Sozcu.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Onun sözlərinə görə, Rusiya ilə bərabər bu iş üçün ABŞ da razılıq verməlidir. Səfir ABŞ-ın müqavilə ilə bağlı mövqeyinin yaxın zamanlarda müəyyənləşəcəyinə ümid etdiyini bildirib.

Facebook Comments